Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Gəncə şəhərində keçirilən karyera sərgisində iştirak edib

09 İyun 2025

4 iyun, 2025-ci il tarixində Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Azərbaycan Aqrar Universitetinin birgə təşkilatçılığı ilə karyera sərgisi təşkil olunub. Karyera sərgisində Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi də təmsil olunub. Tələbələrə, yeni məzun olan gənclərə Agentlikdəki mövcud vakansiyalar haqda ətraflı məlumat verilib.

Qeyd edək ki, sərgidə 100-ə yaxın müəssisə və təşkilat iştirak edib.

Göstərilən platformalarda paylaş