ADEA mühafizə xidmətinin 59 əməkdaşı fiziki hazırlıq üzrə normativləri uğurla icra edib.
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində (ADEA) mühafizəçilərin xidməti fəaliyyətlə əlaqədar fiziki hazırlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi məqsədilə fiziki hazırlıq üzrə normativlər icra olunub.
Agentliyin Təhlükəsiz şöbəsinini müdiri Azər Kazımov, əməkdaşlar Elvin Səmədov və Fuad Allahverdiyev 80 kiloqramdan yuxarı və aşağı çəki üzrə müxtəlif yaş qrupları arasında turnikdə dartınma, fərqli yaş qrupları arasında qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi, gövdənin döşəmədən qaldırılıb-endirilməsi üzrə normativləri qəbul ediblər.