Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) İdarə Heyəti və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Müstəqil dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla anılıb.
Daha sonra akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunaraq üzərinə güllər düzülüb.