Şöbə: Səngəçal filialı
Vakansiya: Mühəndis-mexanik
İş yeri: Səngəçal qəsəbəsi (Nahar qurum tərəfindən təmin olunur)
İş yerinə çatdırılma: Qurum tərəfindən təmin olunur (20 yanvar m/s)
Əmək haqqı: 1300 AZN
İş şəraiti: Standart- ofis
İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
Təhsil: Ali təhsil (Mexanika mühəndisliyi və ya oxşar texniki ixtisaslar üzrə);
Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il təcrübə;
Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
Kompüter bacarığı: MS Office-yaxşı, AutoCAD, Solidworks yaxşı səviyyədə.
Digər tələblər:
Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Filialda görülən mexaniki işlərə nəzarət etmək;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- İllik texniki xidmət planına uyğun olaraq planlı təmirini təşkil etmək;
- İşçilərin işlərini müəyyənləşdirilmiş plan üzrə bölmək;
- Yeni avadanlıqların qəbul edilməsində və quraşdırılmasında iştirak etmək;
- Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
- Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin emalının aparılmasında iştirak etmək;
- İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər verməkə
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis-mexanik” qeyd etməklə hr@dea.az elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.