Руководство

Səbuhi Əhəd oğlu Sadıqov

İdarə Heyətinin Sədri

22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub.

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.

2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatı üzrə İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (Certified Public Accountant - CPA) lisenziyası ilə təltif olunub.

Əmək fəaliyyətinə 2005-ci ildə sığorta sektorunda başlamışdır. 2007-2018-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən böyük dörtlüyə daxil beynəlxalq audit şirkətlərinin birində müxtəlif vəzifələrdə, 2018-2021-ci illər ərzində isə özəl sektorda holdinqlərin birində rəhbər vəzifədə çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

Zaur İlham oğlu Abişev

İdarə Heyəti Sədrinin Müavini

4 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olub.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.

2006-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corca Dövlət Universiteti ilə birgə təşkil edilmiş magistratura proqramı əsasında Layihə idarəedilməsi ixtisası üzrə təhsil alaraq magistr dərəcəsini alıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatı üzrə İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (Certified Public Accountant - CPA) lisenziyası ilə təltif olunub.

Əmək fəaliyyətinə 2006-cı ildə başlamışdır. 2007-2018-ci illər ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən böyük dörtlüyə daxil beynəlxalq audit şirkətlərinin birində müxtəlif vəzifələrdə, 2018-2022-ci illər ərzində isə ölkənin iri kənd təsərrüfatı şirkətlərinin birində maliyyə müdiri və idarə heyətinin üzvü vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

Zaur Əvəz oğlu Ələkbərov

İdarə Heyəti Sədrinin Müavini

23 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.

2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini bakalavr dərəcəsi üzrə fərqlənmə ilə bitirib.

2006-2008-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini fərqlənmə ilə bitirib.

2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması istiqamətində MBA təhsili alıb.

2020-ci ildə Harvard Universitetinin Con Kennedi adına Hökümət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb və müvafiq sertifikatla təltif edilib.

Əmək fəaliyyətinə 2004-cü ildə Unibank-da başlayıb. 2009-2015-ci illərdə Bank Respublika-da filial direktoru və digər rəhbər vəzifələrdə çalışıb.

2016-cı ildən Azərbaycan Beynəlxalq Bankı-da Korporativ Biznes Departamentinin direktor müavini vəzifəsində, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifəsinə çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.