Akkreditasiya olunmuş laboratoriya nədir?

02 Июль 2024

Müəyyən standartlara cavab verərək sertifikatlaşdırılan laboratoriya akkreditasiya olunmuş laboratoriya hesab olunur. Laboratoriyanın akkreditasiyadan keçməsi onun yerli və ya beynəlxalq akkreditasiya orqanı tərəfindən müəyyən edilmiş bəlli standartlara və tələblərə uyğunluğunu göstərir. Laboratoriyanın akkreditasiyadan keçməsi, eyni zamanda sınaq və ölçmələrin etibarlılığının, dəqiqliyinin və keyfiyyətinin müəyyən səviyyədə olduğunu göstərir.

Akkreditasiya prosesinə daxildir:

•  laboratoriya alətləri

•  şəxsi heyət

•  kalibrləmə (ölçmə vasitəsinin göstəriciləri ilə etalonun göstəriciləri arasındakı münasibəti müəyyən etmək və təsdiq etmək üçün aparılan əməliyyatlar məcmusu) və ölçmə üsulları kimi texniki səriştələr

•  məlumatların təhlükəsizliyi

•  hesabat standartları

•  keyfiyyət idarəetmə sistemləri

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) yerli ərzaqlıq buğdanın tədarükünü elan edib. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri ADEA tərəfindən əlavə olaraq yoxlanılacaq. 

Поделиться на указанных площадках