Cari ayın ötən dövrü ərzində Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) filiallarında mühafizə xidmətinin 59 əməkdaşı arasında “Mühafizə işinin təşkilinə və təhlükəsizliyin təmin olunmasına dair” Təlimatın mənimsənilməsi ilə bağlı test imtahanı keçirilib. Onlardan 16-sı Qarabağ müharibəsi veteranı olub.
İmtahanda iştirak edən bütün əməkdaşlar keçid balını toplayıb, yüksək nəticə göstərənlər arasında 11 nəfər ADEA-nın Təhlükəsizlik şöbəsinin müdiri Azər Kazımov tərəfindən sertifikatla təltif ediliblər.
Qeyd edək ki, yüksək nəticə toplayanların 1-i qazi olmaqla ümumilikdə 4 nəfəri Qarabağ müharibəsi veteranıdır.