Mayın 26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 31 dövlət qurumunun 67 əməkdaşı arasında şahmat yarışı baş tutub.
Yarışda Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyini Əli Sultanlı və Rza Tahirov təmsil edib. Əli Sultanlı 7 oyunu ümumilikdə 2.5, Rza Tahirov isə 2 xalla başa vurub.
Qeyd edək ki, yekun nəticələrə görə kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov birinci, Rauf Rzayev (Energetika Nazirliyi) ikinci, Elnur Mehtiyev (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) isə üçüncü olub.
Qadınlar arasında keçirilən yarışda isə Fidan Ağasıyeva (AZAL), İzzət Rəhimli (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Ülkər Maqsudova (SOCAR) fərqləniblər.