“Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetinin 547 nömrəli Qərarı ilə “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası” (bundan sonra - Qayda) təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qaydanın qüvvəyə minməsi ilə ilk dəfə olaraq dövlət ehtiyatlarının yaradılması və idarə olunmasına münasibətdə vahid tənzimləyici prosedur yaradılıb.
Bu Qayda ilə tədarük, saxlanma, buraxılış, uçot və nəzarət prosesləri tənzimlənir, ehtiyatların hərəkəti və mövcudluğu ilə bağlı hesabatlılıq və şəffaflıq mexanizmləri yaradılır, dövlətin strateji, fövqəladə və səfərbərlik ehtiyatlarının qorunması və idarə olunmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin edilir. Dövlət ehtiyatlarına aid olan malların borc verilməsi ilə əlaqədar buraxılması barədə qərar Nazirlər Kabineti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən qəbul edilir. Qeyd edək ki, dövlət ehtiyatlarına aid olan malların mövcudluğuna, keyfiyyətinə və saxlanma şəraitinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.
Daha ətraflı: https://bit.ly/adea_qerar_291224