“Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları” təsdiq edilib

19 Декабрь 2024

Nazirlər Kabinetinin 525 nömrəli Qərarı ilə “Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları” (bundan sonra – Qaydalar) təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qaydalar ilk dəfə olaraq strateji əhəmiyyətli malların monitorinqi prosesini və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını tənzimləyir. Qərar, həmçinin dövlət ehtiyatlarının idarə edilməsində şəffaflığı artırmaq və strateji mallar üzrə məlumat mübadiləsini tənzimləmək məqsədi daşıyır.

Monitorinqin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət orqanlarına (qurumlarına) və bazar iştirakçılarına bu Qaydanın əlavəsinə uyğun formada məlumatlar barədə sorğu verir və onlardan bu məlumatları hesabat ayından sonrakı ayın 5-ci iş gününədək alır. Qeyd edək ki, strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan olan Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı: https://bit.ly/adea_qerarlar_191224

Поделиться на указанных площадках