27 Sentyabr - Anım Günündə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər. Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.