Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılmışdır. İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın "ədalətli" qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə ediblər. Əhəmiyyətli və aktual məsələlər arasında taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən taxıl tədarükü üçün "İpək Yolun"dan istifadə edilməsi, Fars körfəzinə çıxışı olan Şimal-Cənub taxıl dəhlizinin yaradılması və digər istiqamətlər yer alıb.