ADEA tərəfindən mühafizə xidmətinin əməkdaşları arasında test imtahanı keçirilib

14 Апрель 2025

4-11 aprel tarixlərində Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) filiallarında Təhlükəsizlik şöbəsinin təşkilatçılığı ilə mühafizə xidmətinin 59 əməkdaşı arasında “Mühafizə işinin təşkilinə və təhlükəsizliyin təmin olunmasına dair” Təlimatın, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Konstitusiya müddəalarının mənimsənilməsi ilə əlaqədar test imtahanı keçirilib.
İmtahanda iştirak edən bütün əməkdaşlar keçid balını toplayıb, 6 nəfər – növbə rəisləri Əliyev Afiq Akif oğlu, Nəbiyev Anar Eyvaz oğlu, Şərifov Elməddin Əlqardaş oğlu; mühafizəçilər – Ağayev Namiq Şirzaid oğlu, Ələkbərov Asif Məhərrəm oğlu və Mursaliyev Təbiyyət Təbliğat oğlu yüksək nəticə göstərib.

Поделиться на указанных площадках