Görüş zamanı Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare və digər nümayəndələr Dövlət Ehtiyyatları Agentliyi və onun fəaliyyət istiqamətləri haqda məlumatlandırıldılar. Rumıniya və Azərbaycanın bu sahədə təcrübələri müzakirə olundu. Müzakirələr zamanı Azərbaycan və Rumıniya arasında dövlət ehtiyatları sferasında əməkdaşlıqın müsbət nəticələr verəcəyi qeyd olundu.