“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

29 Oktyabr 2024

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq ətraf mühitin qorunmasına dəstək layihələrini davam etdirir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ADEA-nın əməkdaşlarının iştirakı ilə Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakı və Abşeron yarımadasında iqlim və yerli şəraitə uyğun olaraq ümumilikdə 50 ədəd ağac əkilib.

Qeyd edək ki, ADEA tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyalarının mütəmadi keçirilməsi nəzərdə tutulur. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji tarazlığın qorunmasını təşviq etməkdir.

Göstərilən platformalarda paylaş