Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində Zəfər Gününün 5-ci ildönümü münasibətilə müharibə iştirakçıları ilə görüş keçirilib
8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən Müharibəsində iştirak etmiş 23 əməkdaşla görüş keçirilib.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və güclü ordu quruculuğu xəttinin bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşən əməkdaşlara dərin minnətdarlığını bildi...