Haqqımızda

Haqqımızda

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixli, 1456 nömrəli fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, ADEA ölkənin strateji əhəmiyyətli istehlak malları üzrə təchizat zəncirinin dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin malların qısamüddətli kəskin qiymət dəyişikliyinin qarşısının alınması üçün tədbirlər görür.

Bundan əlavə, Agentlik fövqəladə hadisələrin qarşısını almaq, onların təsirlərini aradan qaldırmaq, həmçinin strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə keçirilən mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların — müxtəlif növ avadanlıqlar, xüsusi və fərdi mühafizə vasitələrinin — yaradılmasında iştirak edir.

ADEA həmçinin müvafiq dövlət qurumları tərəfindən ölkənin müdafiə və səfərbərlik ehtiyaclarını təmin etmək məqsədilə yaradılan səfərbərlik ehtiyatlarının zəruri həcmdə mövcudluğuna nəzarət edir.

Strateji və fövqəladə ehtiyatların mütəmadi olaraq yenilənməsi və effektiv idarə olunması Agentliyin əsas vəzifələrindən biridir.

Beynəlxalq standartlar və sertifikatlar

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi idarəetmə sistemləri üzrə üç beynəlxalq nüfuzlu sertifikata sahibdir. Tədbiq sahəsi: Dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması.

AZS İSO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” standartı əsasında uyğunluq sertifikatı
AZS İSO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” standartı əsasında uyğunluq sertifikatı

AZS İSO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” standartı əsasında uyğunluq sertifikatı

AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartı əsasında uyğunluq sertifikatı

AZS ISO 14001:2021 “Ətraf mühitin idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı əsasında uyğunluq sertifikatı