Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) yeni ərazi partiya təşkilatı təsis edilib

23 Oktyabr 2025

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində yeni ərazi partiya təşkilatı təsis olunub.

Təsis iclasında çıxış edən Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov bildirib ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu:
“Bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu Öndərin siyasi kursu ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycanın YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inamla yeni hədəflərə doğru irəliləməsi bunun bariz nümunəsidir.”

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayır və öz fəaliyyəti ilə dövlətimizi parlaq gələcəyə aparmağa qadir siyasi qüvvə olduğunu sübuta yetirib.

Tədbirin sonunda təşkilati məsələlər müzakirə olunub. Əhməd Talıbov yekdilliklə “Heydər Əliyev prospekti 152” ünvanı üzrə yeni ərazi partiya təşkilatının sədri, Nigar Məhərrəmova isə sədr müavini seçilib.

Göstərilən platformalarda paylaş