Azərbaycan Respublikasının Nazirlər Kabineti "Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları"nı təsdiq edib

06 Dekabr 2024

Nazirlər Kabineti "Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları"nı təsdiq edib.

Nazirlər Kabineti "Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları"nı təsdiq edib. Qərara əsasən, hökumətin "Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" 18 sentyabr 2012-ci il tarixli, "Ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının həcmi, nomenklaturu və istifadə qaydası"nın təsdiq edilməsi və "Dövlət ehtiyatının nomenklaturası və yığım həcmlərinin yuxarı həddi haqqında" 187-11 nömrəli 9 dekabr 1999-cu il tarixli qərarının ləğv edilməsi barədə 31 oktyabr 2020-ci il tarixli qərarı (5-ci hissəsi istisna olmaqla), "Tibbi və dərman vasitələri üzrə dövlət ehtiyatlarının həcmi və nomenklaturu"nun təsdiq edilməsi haqqında" 15 dekabr 2020-ci il tarixli qərarı ləğv edilib.

Daha ətraflı: bit.ly/adea_xeber_061224

Göstərilən platformalarda paylaş