Nazirlər Kabinetinin 524 nömrəli Qərarı ilə ““Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası” (bundan sonra – Qaydalar) təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən qərar imzalanıb. Qaydalara əsasən, ötən ildə strateji əhəmiyyətli mallar üzrə bazar payı 2%-dən çox olan hüquqi və fiziki şəxslər, eləcə də dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əldə ediləcək.
Bu Qaydalar ilk dəfə olaraq strateji əhəmiyyətli mallar üzrə bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən məlumat təqdim edilməsi qaydalarını tənzimləyir.