ADEA rəhbərliyinin İsrail Respublikasının ölkəmizdəki səfiri Corc Dik ilə görüşü

07 Sentyabr 2022

Görüş zamanı İsrail səfiri Corc Dik Dövlət Ehtiyyatları Agentliyinin fəaliyyət istiqamətləri və prinsipləri ilə tanış olmuşdur. Eyni zamanda İsrail dövlətinin ehtiyatların saxlanması sahəsində təcrübəsi və ehtiyatların tədarük edilməsinin əsas prinsipləri ətrafında diskusiyalar aparılmışdır. Müzakirələr əsnasında İsrail və Azərbaycan arasında dövlət ehtiyatları sahəsində təcrübə mübadiləsinin hər iki tərəf üçün müsbət nəticələr verəcəyi qeyd edildi.

Göstərilən platformalarda paylaş