ADEA ilə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim-məşq toplantısı keçirib

15 Avqust 2024

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin Qaradağ rayonu ərazisində yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd yanğın zamanı ilkin davranış qaydaları barədə bilik və məlumatlılıq səviyyəsinin artırılması və yanğının söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayonu ərazisində yerləşən 11-ci Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvə və vasitələri cəlb olunub. Öncə təlim iştirakçılarına təlimat verilib və yanğın təhlükəsizliyi prosedurları izah edilib. Təlim çərçivəsində işçilərin yanğın təhlükəsizliyi təmin edilib, yanğın söndürmə avadanlıqları yoxlanılıb və onların işlək vəziyyətdə olması ilə bağlı əminlik yaranıb.


Təlim zamanı ərazidə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə briqadası işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Göstərilən platformalarda paylaş