ADEA Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan növbəti əmək yarmarkasında iştirak edib

24 Sentyabr 2024

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yanında fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən Nizami Kino Mərkəzində təşkil olunan, 35 şirkət və dövlət qurumunun iştirak etdiyi əmək yarmarkasında uğurla təmsil olunub.

Əmək yarmarkasında ADEA-nın İnsan Resursları şöbəsinin böyük mütəxəssisi Şəhla Hüseynova və mütəxəssis Asif Vəliyev Agentlikdə mövcud olan bir neçə vakant iş yeri üzrə məlumat verib. Agentlik əməkdaşları vətəndaşları maraqlandıran sualları cavablandıraraq onlara karyera inkişafı ilə bağlı tövsiyələrini verib.

Qeyd edək ki, ADEA davamlı olaraq əmək yarmarkalarında təmsil olunaraq vətəndaşlara yeni iş imkanları yaradır.

Göstərilən platformalarda paylaş