ADEA Gəncə-Daşkəsən RMF tərəfindən Azərbaycan Aqrar Universitetində keçirilən əmək yarmarkasında iştirak edib

30 May 2024

Mayın 30-da Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Azərbaycan Aqrar Universitetində 100-ə yaxın nüfuzlu şirkət və dövlət qurumunun iştirak etdiyi əmək yarmarkasında uğurla təmsil olunub.

Əmək yarmarkasında ADEA-nın kadr işləri üzrə mütəxəssisi Zülfiyyə Əmrahova və mühəndis-mexanik Kənan Kazımlı Agentlikdə mövcud olan bir neçə vakant iş yeri üzrə məlumat verib. Agentlik əməkdaşları tələbələri maraqlandıran sualları cavablandıraraq onlara karyera inkişafı ilə bağlı tövsiyələrini verib. Əmək yarmarkasında Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Daşkəsən Regional Məşğulluq Filialının direktoru Elməddin Qurbanov ADEA-nın stendinə böyük maraq göstərərək mövcud vakansiyalarla tanış olublar.

Qeyd edək ki, ADEA davamlı olaraq əmək yarmarkalarında təmsil olunaraq gənclərə yeni iş imkanları yaradır.

Göstərilən platformalarda paylaş