Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) Yeni Azərbaycan Partiyasının (YAP) ərazi partiya təşkilatının sədri Əhməd Talıbovun rəhbərliyi ilə filiallarda partiyanın yaradılmasının 33-cü ildönümü münasibətilə irimiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada Agentliyin ərazi partiya təşkilatının üzvləri tərəfindən müxtəlif növ ağaclar əkilib.
ADEA-nın YAP ərazi Təşkilatının sədri Ə.Talıbov keçirilən aksiyanın mahiyyətindən danışaraq bildirib ki, görülən bu tədbirlər həm də gələcəyə və davamlı inkişafa mühüm töhfə verir: "Bildiyiniz kimi, ötən il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olaraq qeyd olundu. Ölkə başçısının 23 dekabr, 2023-cü il Fərmanında da qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsidir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması istiqamətində müxtəlif irimiqyaslı tədbirlər görüldü".
Ə.Talıbov YAP-ın yerli ərazi təşkilatı tərəfindən partiya Lideri, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasətə dəstək olaraq bu cür tədbirlərin davamlı həyata keçiriləcəyini bildirib.