Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri Səbuhi Sadıqov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə İsrail arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb. Səbuhi Sadıqov Agentliyin fəaliyyət istiqamətləri və dövlət ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə məlumat verib.
Görüşdə, həmçinin Yerusəlim şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclasının nəticələri müzakirə olunub. Sözügedən iclasda nümayəndə heyətinin üzvü kimi iştirak etmiş Agentliyin İdarə Heyəti sədrinin müavini Zaur Abişevin iştirakı ilə Birgə Komissiyanın protokolundan irəli gələn məsələlər və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.