Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

10 May 2024

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (ADEA) İdarə Heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

ADEA-nın İdarə Heyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində əvəzolunmaz əməyi olan Ulu Öndərin məzarı önünə güllər düzərək xatirəsini ehtiramla anıblar.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Share on the following platforms