Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (ADEA) İdarə Heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
ADEA-nın İdarə Heyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində əvəzolunmaz əməyi olan Ulu Öndərin məzarı önünə güllər düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.