Aprelin 30-da Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Bakı Dövlət Universitetində 100-dən artıq nüfuzlu şirkət və dövlət qurumunun iştirak etdiyi Karyera Festivalında uğurla təmsil olunub.
Karyera Festivalında ADEA-nın insan resursları üzrə böyük mütəxəssisi Şəhla Hüseynova, baş mexanik Toğrul Səməndərov və kadrlar üzrə mütəxəssis Zərnişan Əhmədova tələbələrə agentlik və filiallarda mövcud olan bir neçə vakant iş yeri üzrə məlumat verib.
ADEA-nın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandıraraq onlara karyera inkişafı ilə bağlı tövsiyələrini açıqlayıblar.
Karyera Festivalında BDU-nun rektoru Elçin Babayev, eyni zamanda da universitetin müəllim heyəti ADEA-nın stendinə böyük maraq göstərərək mövcud vakansiyalarla tanış olublar.
Qeyd edək ki, ADEA davamlı olaraq Karyera Festivallarında təmsil olunaraq gənclərə yeni iş imkanları yaradır.