1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar ADEA-da uşaqların iştirakı ilə görüş və xeyriyyə yarmarkası keçirilib

28 May 2024

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində (ADEA) əməkdaşların övladları ilə görüş və onların iştirakı ilə xeyriyyə yarmarkası keçirilib.

Uşaqlar Baş ofisdə iş mühiti, şöbələrin fəaliyyət istiqaməti ilə tanış olub, onlara təhsilin, karyeranın önəmi haqda ətraflı məlumat verilib. Uşaqlarla birgə dəyirmi masa ətrafında müxtəlif mövzularda müzakirə aparılıb, ehtiyatlardan səmərəli istifadə ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin onlara xeyriyyəçilik və yardım sevərliyin cəmiyyət üçün önəmi aşılanıb.

Daha sonra Agentlik əməkdaşları övladları ilə birgə ahıl şəxslərə yardım məqsədi ilə keçirilən ADEA Xeyriyyə Yarmarkasında iştirak ediblər. ADEA Xeyriyyə Yarmarkasında iştirak edən Agentliyin əməkdaşları övladları ilə birgə müxtəlif qida məhsulları, kitablar, əl işləri və s. satıblar.

Qeyd edək ki, satış və ianələrdən yığılan vəsait hesabına Qurban bayramı ərəfəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə ziyarət təşkil ediləcək.

Göstərilən platformalarda paylaş