“Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası” təsdiq edilib

19 Dekabr 2024
Nazirlər Kabinetinin 524 nömrəli Qərarı ilə ““Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası” (bundan sonra – Qaydalar) təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov tərəfindən qərar imzalanıb. Qaydalara əsasən, ötən ildə strateji əhəmiyyətli mallar üzrə bazar payı 2%-dən çox olan hüquqi və fiziki şəxslər, eləcə də dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əldə ediləcək.
Bu Qaydalar ilk dəfə olaraq strateji əhəmiyyətli mallar üzrə bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən məlumat təqdim edilməsi qaydalarını tənzimləyir.
Göstərilən platformalarda paylaş