ADEA əməkdaşları xeyriyyə məqsədilə Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evini ziyarət ediblər

12 İyul 2024

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) əməkdaşları ADEA Xeyriyyə Yarmarkasından yığılan vəsaitlə Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evini ziyarət ediblər. Uşaqlar üçün bir-birindən maraqlı şoular təşkil edilib, onlara müxtəlif oyuncaqlar, məktəb ləvazimatları hədiyyə olunub.

Sonda uşaqlarla birgə tort kəsilib, xatirə şəkli çəkilib.

Göstərilən platformalarda paylaş