Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) əməkdaşları “Qan ver, həyat xilas et!” şüarı altında qanvermə aksiyasında iştirak ediblər. Qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyıb.
Qanvermə aksiyasında donorların sağlamlığı Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının heyəti tərəfindən yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.