ADEA Bakı Mühəndislik Universitetində təşkil olunan Karyera Festivalında iştirak edib

22 May 2024

Mayın 22-də Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Bakı Mühəndislik Universitetində nüfuzlu şirkət və dövlət qurumlarının iştirak etdiyi “Career Fest BEU2024” adlı Karyera Festivalında uğurla təmsil olunub.

Karyera Festivalında ADEA-nın insan resursları üzrə böyük mütəxəssisi Şəhla Hüseynova tələbələrə agentlik və filiallarda mövcud olan vakant iş yerləri üzrə məlumat verib.

Ş.Hüseynova tələbələri maraqlandıran sualları cavablandıraraq onlara karyera inkişafı ilə bağlı tövsiyələrini verib. 

Karyera Festivalında BMU-nun rektoru Yaqub Piriyev ADEA-nın stendinə böyük maraq göstərərək Agentliyin fəaliyyətinə dair məlumat əldə edib.

Qeyd edək ki, ADEA davamlı olaraq Karyera Festivallarında təmsil olunaraq gənclər üçün yeni iş imkanları yaradır, yüksək potensiallı şəxsləri Agentlikdə işə cəlb edir.

Göstərilən platformalarda paylaş