20.07.2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Gəncə şəhərində təşkil edilib. Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin əməkdaşları da Əmək yarmarkasında iştirak etmişdilər. Yarmarkada işsiz və işaxtaran şəxslərə ADEA-nın aktiv məşğulluq istiqamətləri barədə məlumat verilmiş, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilərək CV-ləri qəbul edilmişdir.