27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Agentliyin kollektivi ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkının girişində yerləşən xatirə daşının önünə gül dəstələri qoyublar. Anım Günü ilə əlaqədar Agentliyin Gəncə filialının əməkdaşları isə Gəncə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Şəhidlərimizin ruhunu dərin ehtiramla yad edirik.