Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin kollektivi Agentliyin yaranmasının 3 illiyi ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib

07 Oktyabr 2024

Oktyabrın 7-də Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (#ADEA) yaranmasının 3 illiyi ilə əlaqədar Agentliyin İdarə Heyəti və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Fəxri xiyabana ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Sonda Agentliyin İdarə Heyəti və kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək məzarların üzərinə gül dəstələri qoyublar. Şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Göstərilən platformalarda paylaş