15 İyun – Milli Qurtuluş Günü münasibətilə Nizami rayon Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının iştirakı ilə Azərbaycan Dövlət Ehtiyatları Agentliyində (ADEA) tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADEA-nın Yeni Azərbaycan Partiyası ərazi partiya təşkilatının sədri Əhməd Talıbov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O qeyd e...